...

Türkiyə-İran sərhədində zəlzələ olub

Dünya xəbərləri Materials 25 İyun 2020 15:33 (UTC +04:00)
Türkiyə-İran sərhədində zəlzələ olub

Bakı. Trend:

Türkiyə - İran sərhədində Rixter cədvəli ilə 5,3 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, yeraltı təkanlar Türkiyənin Van vilayətində və İranın Qərbi Azərbaycan əyalətində hiss olunub.

Zəlzələ yerin 10 kilometrliyində qeydə alınıb.

Hər hansı bir itki və ya fəsadlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti