...

Türkiyədə terror aktı törədən terrorçu saxlanılıb

Dünya xəbərləri Materials 27 İyun 2020 22:45 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə 2016-cı ildə Diyarbəkir vilayətində terror aktı törədən PKK terrorçusu tutulub.

Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən bildirib.

Məlumata əsasən, Diyarbəkir vilayətinin Baş Prokurorluğu tərəfindən başladılan əməliyyat nəticəsində terror aktında iştirak etməkdə şübhəli bilinən Mehmet Eliachik saxlanılıb.

Qeyd edək ki, Sur rayonunda törədilən terror aktı nəticəsində bir ailənin 5 üzvü ölüb, 12 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti