...

Moskvada koronavirusdan daha 23 nəfər vəfat edib

Dünya xəbərləri Materials 29 İyun 2020 02:00 (UTC +04:00)
Moskvada koronavirusdan daha 23 nəfər vəfat edib

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada sutka ərzində koronavirus infeksiyasına yoluxan daha 23 xəstə ölüb.

Trend-in məlumatına görə, bu barədə paytaxt koronavirusla ilə bağlı vəziyyətə nəzarət və monitorinq üzrə operativ qərargahından bildirilib.

Bildirilib ki, Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 23 xəstə dünyasını dəyişib.

Ümumilikdə şəhərdə koronavirusdan 3 761 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti