...

ABŞ-da silahlı şəxs polisə atəş açıb

Dünya xəbərləri Materials 29 İyun 2020 19:34 (UTC +04:00)
ABŞ-da silahlı şəxs polisə atəş açıb

Bakı. Trend:

ABŞ-ın Oklahoma ştatında silahlı şəxs polis əməkdaşlarına atəş açıb.

Trend-in məlumatına görə, hadisə Talsa şəhərində baş verib.

İki polis əməkdaşı yaralanaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd olunur ki, insident həmin şəxsin saxlanması zamanı baş verib. Polislər onu saxlamağa çalışarkən o, atəş açıb.

Hazırda cinayətkarın axtarışları aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti