...

Efiopiyada toqquşmalarda 80-dən çox insan öldü

Dünya xəbərləri Materials 2 İyul 2020 00:00 (UTC +04:00)
Efiopiyada toqquşmalarda 80-dən çox insan öldü

Bakı. Trend:

Tanınmış musiqiçi və siyasi fəal Haakaaluu Hundessanın öldürülməsindən sonra başlayan iğtişaşlar zamanı son 48 saat ərzində Efiopiyada ən az 81 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə France Presse agentliyi Oromiya ştatı polisinə istinadən xəbər verib.

Regional polis bölməsinin rəisi Arars Merdas bildirib ki, Oromiya ştatıtın xüsusi təyinatlı qüvvələrinin üç əməkdaşı da daxil olmaqla 81 nəfərin ölümü ilə bağlı məlumatlar daxil olub.

Xəbər lenti

Xəbər lenti