...

ÜST bu dərmanların sınaqlarını dayandırıb

Dünya xəbərləri Materials 4 İyul 2020 23:41 (UTC +04:00)
ÜST bu dərmanların sınaqlarını dayandırıb

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus diaqnozu ilə xəstəxanalara yerləşdirilən xəstələrdə hidroksixloroxin (malyariyaya qarşı dərman) və lopinavir/ritonavirin (antiretrovirus dərman) dərmanlarının sınağını dayandırıb.

Trend-in məlumatına görə, bu barədə təşkilatın saytında yayımlanan açıqlamada bildirilib.

Bildirilib ki, ilkin sınaq nəticələri hidroksixloroxin və lopinavi/ritonavirin COVİD-19 ilə xəstəxanalara yerləşdirilən xəstələr arasında ölüm hallarının azalmasına səbəb olmadığını göstərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti