...

Rumıniyada koronavirusa rekord sayda gündəlik yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 8 İyul 2020 16:17 (UTC +04:00)
Rumıniyada koronavirusa rekord sayda gündəlik yoluxma qeydə alınıb

Bakı. Trend:

Rumıniyada son sutka ərzində koronavirusa 555 yoluxma faktı qeydə alınıb.

Trend-in məlumatına görə, bu, pandemiya başlayandan ölkədə qeydə alınan ən yüksək göstərici olub.

Ölkədə bu günədək yoluxanların sayı 30 175 nəfərə çatıb. Onlardan 1 817 nəfəri ölüb.

Rumıniyada martın 16-da elan edilmiş 30 günlük fövqəladə vəziyyət bir neçə dəfə uzadılıb. İyunun 17-də bu müddətin daha bir ay uzadılması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti