...

Vanq Yi: Çin və ABŞ arasındakı münasibətlər tarixin ən ciddi çağırışı ilə üzləşib

Dünya xəbərləri Materials 9 İyul 2020 08:22 (UTC +04:00)
Vanq Yi: Çin və ABŞ arasındakı münasibətlər tarixin ən ciddi çağırışı ilə üzləşib

Bakı. Trend:

Çin və ABŞ ikitərəfli münasibətlər tarixində ən ağır böhranla üzləşib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu videokonfrans formatında keçirilən forumda Çinin xarici işlər naziri Vanq Yi deyib.

V.Yi bildirib: "Çin-ABŞ münasibətləri yarandığı gündən ən ciddi problemlə üzləşib. ABŞ-da bəzi insanlar, ideoloji inanclar əsasında Çini rəqib və hətta düşmən kimi göstərməyə çalışırlar".

Onun sözlərinə görə, Çinin özünə məxsus inkişaf modeli var: "Çin başqa bir ABŞ ola və ABŞ-a çevrilə bilməz, onun uğurlu inkişaf yolu isə Qərbə zərbə vurmur və ona təhlükə yaratmır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti