...

Meksikada sutkada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb

Dünya xəbərləri Materials 10 İyul 2020 05:49 (UTC +04:00)
Meksikada sutkada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb

Bakı. Trend:

Meksika həkimləri son sutkada ölkədə 7 280 yeni koronavirus ilə yoluxma hadisəsini qeydə aldılar ki, bu da bir gün əvvəldən 285 nəfər çoxdur.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yaydığı hesabatda deyilir.

Söhbət ölkədə fevral ayının sonlarında epidemiyanın başlamasından bəri rekord göstəricidən gedir.

Yoluxanların ümumi sayı 282,283-ə çatıb, son iki həftə ərzində xəstəliyin əlamətləri 29,129 nəfərdə özünü göstərib.

Son 24 saat ərzində 730 ölüm faktı qeydə alınıb.. Yoluxanlar arasında ölənlərin sayı 33 526-a yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti