...

ABŞ-da növbəti dəfə rekord sayda yoluxma qeydə alındı

Dünya xəbərləri Materials 10 İyul 2020 17:50 (UTC +04:00)
ABŞ-da növbəti dəfə rekord sayda yoluxma qeydə alındı

Bakı. Trend:

ABŞ-da koronavirusa yoluxma hallarında növbəti dəfə rekord qeydə alınıb.

Trend-in məlumatına görə, son sutka ərzində ölkədə 63,2 min nəfər virusa yoluxub. 990 nəfər isə həyatını itirib.

Bir gün əvvəl bu göstəricilər müvafq olaraq 58,6 min və 820 nəfərə bərabər olmuşdu.

ABŞ-da bu günədək 3,1 milyon şəxs koronavirusa yoluxub, 133,2 min xəstə həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti