...

Papua-Yeni Qvineya sahillərində 7,3 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 17 İyul 2020 08:28 (UTC +04:00)
Papua-Yeni Qvineya sahillərində 7,3 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Papua-Yeni Qvineya sahillərində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Zəlzələnin episentri 6 min nəfərdən çox əhalisi olan Kokoda şəhərindən 119 km şimalda, ocağı isə 85 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib. ABŞ Milli Meteoroloji Xidməti sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti