...

Çində son sutkada 100-dən çox koronavirusa yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 25 İyul 2020 05:57 (UTC +04:00)

Bakı. Trend:

Son sutka ərzində Çində 108 yeni koronavirusa yoluxma aşkar edilib: 34 aktiv və 74 asimptomatik hal.

Trend-in məlumatına görə, bu barədə Çinin Dövlət Səhiyyə Komitəsinin rəsmi saytında bildirilib.

Məlumata əsasən, aktiv hallardan 29-u ölkə daxilində qeydə alınıb: 20-si ÇXR Sincan Uyğur Muxtar Rayonunda, 9-u şimal-şərqdə yerləşən Lyaonin əyalətində.

Əvvəlki gün ərzində 64 (21 aktiv, 43 asimptomatik) yoluxma halı aşkarlanıb. Ümumilikdə Çində 4 634 nəfər koronavirusun qurbanı olub, 83 784 aktiv yoluxma hadisəsi qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti