...

Vyetnamda ağır yol qəzası olub, 13 nəfər ölüb

Dünya xəbərləri Materials 26 İyul 2020 23:25 (UTC +04:00)
Vyetnamda ağır yol qəzası olub, 13 nəfər ölüb

Bakı. Trend:

Vyetnamın Kuanqbin əyalətində avtobus qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, avtobusun qəzaya uğraması nəticəsində azı 13 nəfər həlak olub, onlarla insan yaralanıb.

Məlumata əsasən, avtobusda 39 nəfər olub, onlar məzunların görüşünə gerlərmiş.

Qeyd edilir ki, hadisə yerində 100-dən artıq mütəxəssis işləyir, qəzanın səbəbi məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti