Bakı. Trend:
ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 5 000 603 nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə Con Hopkins Universitetinin apardığı hesablamalar göstərib.
Hesablamalara əsasən, ümumilikdə ölkədə 162 441 nəfər xəstəliyin fəsadlarından ölüb. 1 643 118 yoluxan şəxs sağalıb. Ən çox yoluxma hadisəsi (555 797 nəfər) Kaliforniya ştatında aşkarlanıb.
Onun ardınca Florida (526,577), Texas (497 900) və Nyu-York (420 345) gəlir.