...

Rusiyada son sutkada 124 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 13 Avqust 2020 11:42 (UTC +04:00)
Rusiyada son sutkada 124 nəfər koronavirusdan ölüb

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 907 min nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 5 057 nəfər virusa yoluxub, 124 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 907 758 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 15 384 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 716 396 nəfər virusdan sağalıb, 175 978 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti