...

Braziliyada bir gündə koronavirusdan 620 nəfər ölüb

Dünya xəbərləri Materials 17 Avqust 2020 07:19 (UTC +04:00)

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 23 101 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 340 197 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 620 nəfər ölüb, ölənlərin ümumi sayı 107 852 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti