...

ABŞ-da meşə yanğınlarında ölənlərin sayı 23 nəfərə çatıb

Dünya xəbərləri Materials 11 Sentyabr 2020 13:10 (UTC +04:00)
ABŞ-da meşə yanğınlarında ölənlərin sayı 23 nəfərə çatıb

Bakı. Trend:

ABŞ-ın qərb ştatlarında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

Trend-in məlumatına görə, hazırda yanğınlar ölkənin qərb sahilindəki 12 ştatı əhatə edir.

Ölənlərdən 19 nəfəri Kaliforniyada, 3 nəfər Oreqon, 1 nəfər isə Vaşinqton ştatlarında qeydə alınıb.

Oreqon ştatında 500 mindən çox sakin təxliyə olunub. Yanğınlar ümumilikdə 1,4 milyona yaxın meşə sahəsini məhv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti