...

Türkiyədə koronavirusdan sağalanların sayı 258 min nəfəri ötüb

Dünya xəbərləri Materials 13 Sentyabr 2020 22:54 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 258 min nəfəri ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 57 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, ölkədə 1 527 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 291 162 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 102 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 258 833 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti