...

Ermənistandan Gürcüstana külli miqdarda qaçaqmalçılığın qarşısı alınıb

Dünya xəbərləri Materials 17 Sentyabr 2020 14:22 (UTC +04:00)
Ermənistandan Gürcüstana külli miqdarda qaçaqmalçılığın qarşısı alınıb

Bakı. Trend:

Gürcüstanın Ermənistanla sərhədindəki “Sadaxlo” sərhəd keçid məntəqəsində külli miqdarda qaçaqmalın keçirilməsinin qarşısı alınıb.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Vergi Xidməti bildirib.

Qeyd olunur ki, gömrükçülər bir Gürcüstan və bir Ermənistan vətəndaşının idarə etdiyi avtomobildən 34 adda dərman, 24 mindən çox aksizsiz siqaret və 1 tondan çox bəyan edilməmiş məhsul müsadirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti