...

Ermənistanda 1465 yeni yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 16 Oktyabr 2020 11:04 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 61 460 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 465 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 10 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 056 nəfər koronavirusdan ölüb, 13 519 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti