...

Ermənistanda 1 500-dən çox yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 17 Oktyabr 2020 11:27 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 63 000 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 540 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 11 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 067 nəfər koronavirusdan ölüb, 13 694 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti