...

Boliviyada prezident və parlament seçkiləri baş tutub

Dünya xəbərləri Materials 19 Oktyabr 2020 04:51 (UTC +04:00)
Boliviyada prezident və parlament seçkiləri baş tutub

Bakı. Trend:

Boliviyada prezident və parlament seçkiləri rəsmi baş tutmuş elan edildi.

Trend-in məlumatına görə, seçki məntəqələri 08:00-dan 17:00-dək (16: 00-dan 01:00-a qədər GMT+4) açıq olub. Boliviyanın daxili işlər naziri Arturo Murillo seçki gününün tamamilə sakit davam etdiyini və heç bir problemin olmadığını bildirib. Onun sözlərinə görə, nəqliyyatdan istifadə etmək üçün saxta icazə və seçki bülletenləri olan çamadan oğurlamaq cəhdinə görə bir neçə nəfər saxlanılıb.

Seçkilərdə dövlət başçısı vəzifəsi uğrunda əsas mübarizə sabiq-iqtisadiyyat naziri Luis Arse ilə və Moralesin tərəfdarı, 2003-cü ilin oktyabrından 2005-ci ilin iyununa qədər ölkəyə rəhbərlik edən Karlos Meso arasında olub.

Boliviyada qüvvədə olan qanunlara görə, ilk turda qalib gəlmək üçün əhalinin ən çox dəstəyinə sahib olan namizəd 50 faiz səs, və yaxud ona yaxın rəqibindən ən azı 10 faiz çox fərq olması şərti ilə 40 faiz səs toplamalıdır. Namizədlərdən heç biri bu nəticəni əldə etməzsə, səsvermənin ikinci turu 29 Noyabrda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti