...

Gürcüstanda koronavirusdan ölənlərin sayı 700 nəfəri ötüb

Dünya xəbərləri Materials 15 Noyabr 2020 20:11 (UTC +04:00)
Gürcüstanda koronavirusdan ölənlərin sayı 700 nəfəri ötüb

Bakı. Trend:

Gürcüstan yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 700 nəfəri ötüb.

Trend-in Gürcüstan KİV-lərinə istinadən verdiyi məlumata görə, ötən sutka ərzində ölkədə koronavirusdan 34 nəfər ölüb və ölənlərin ümumi sayı 703 nəfər çatıb.

Gürcüstanda koronavirusa yoluxanların sayı 79 678 nəfərdir, onlardan 62 061 nəfəri sağalıb. Hazırda aktiv xəstələrin sayı 16 888 nəfər təşkil edir.

Qeyd edək ki, Gürcüstan koronavirusdan ilk ölüm halı aprelin 4-ü, rekord sayda sutkalıq ölüm halı isə noyabrın 11-də (45 nəfər ölüb) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti