Bakı. Trend:
Rusiyada koronavirusa yoluxanların sayı 2,03 milyon nəfəri keçib.
Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 24 318 nəfər virusa yoluxub, 461 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 2 039 926 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 35 311 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 1 551 414 nəfər virusdan sağalıb, 453 201 nəfərin müalicəsi isə davam edir.