...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 577 mindən çox artıb

Dünya xəbərləri Materials 27 Noyabr 2020 00:35 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 577 mindən çox artıb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 577 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 577 198 nəfər yeni koronavirusa yoluxub, 11 263 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 60 074 174, ölənlərin isə 1 416 292 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti