Bakı. Orxan Nəbiyev - Trend:
Məşhur rusiyalı aktrisa Alisa Freyndlix koronavirusa yoluxub.
Trend-in məlumatına görə, 86 yaşlı aktrisa Sankt-Peterburq şəhərində xəstəxanaya yerləşdirilib.
Onun ağciyərlərinin ciddi zədələndiyi bildirilib. Hazırda akstrisa reanimasiya şöbəsində müalicə olunur.
Qeyd edək ki, A.Freyndlix "İşdə məhəbbət macərası", "D'Artanyan və üç muşketyor", "Stalker" kimi filmlərə görə məşhurluq qazanıb