...

Ərdoğan və Putin gələn il Türkiyədə görüşə bilər - Çavuşoğlu

Dünya xəbərləri Materials 29 Dekabr 2020 14:31 (UTC +04:00)
Ərdoğan və Putin gələn il Türkiyədə görüşə bilər - Çavuşoğlu

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla 2021-ci ildə iki ölkə prezidentinin görüşünün təşkil olunması məsələsini müzakirə edəcək.

Trend-in məlumatına görə, bunu M.Çavuşoğlu Rusiya-Türkiyə Birgə Strateji Planlama Qrupunun iclasında deyib.

O bildirib ki, Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşü 2021-ci ildə Türkiyədə keçirilə bilər:

"Prezidentlərimiz arasında yaxın dialoq, qarşılıqlı etimad təkcə ikitərəfli deyil, həm də regional münasibətlərin inkişafına xidmət edir. Bu gün dövlət başçılarınını gələn il Türkiyədə görüşünün təşkil olunması məsələsini müzakirə edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti