...

Bayden İraqın baş naziri ilə beynəlxalq koalisiyaya raket hücumlarını müzakirə edib

Dünya xəbərləri Materials 24 Fevral 2021 08:49 (UTC +04:00)
Bayden İraqın baş naziri ilə beynəlxalq koalisiyaya raket hücumlarını müzakirə edib

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayden və İraqın baş naziri Mustafa əl-Kazımi arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, telefon danışığı zamanı tərəflər beynəlxalq koalisiya qüvvələrinin İraq ərazisində raket hücumlarına məruz qalmasını müzakirə ediblər:

"ABŞ Prezidenti İraqın suverenliyi və müstəqilliyini dəstəklədiyini bir daha təsdiqlədi. Tərəflər İraq rəsmilərinə və koalisiya nümayəndələrinə qarşı son raket hücumlarını müzakirə edərək, bu hücumları təşkil edənlərin məsuliyyətə cəlb edilməli olduqlarını barədə razılaşdılar. Prezident və baş nazir əsas sahələrdə strateji dialoqun təşviqinin və əməkdaşlığın artırılmasının vacibliyini vuröuladılar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti