...

Hindistan kriptovalyutanı qadağan edəcək

Dünya xəbərləri Materials 15 Mart 2021 10:36 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Hindistan hökuməti ölkə ərazisində kriptovalyutaların qadağan edilməsi ilə bağlı qanun layihəsi hazırlayır.

Trend-in məlumatına görə, qanun layihəsi qəbul olunacağı təqdirdə Hindistan kriptovalyuta dövriyyəsini qanunsuz hesab edən ilk dövlət olacaq.

Qanun layihəsi kriptovalyuta sahiblərinə onu ləğv etmək üçün 6 ay möhlət verəcək. Bundan sonra cərimələr tətbiq olunmağa başlayacaq.

Qanunun Hindistan parlamentində tezliklə qəbul olunması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti