...

Netanyahunun partiyası parlament seçkilərində qalib gəlir - "Exit-poll"

Dünya xəbərləri Materials 24 Mart 2021 01:15 (UTC +04:00)
Netanyahunun partiyası parlament seçkilərində qalib gəlir - "Exit-poll"

Bakı. Trend:

İsrailin baş naziri Binyamin Netanyahunun "Likud" partiyası martın 23-ü Knessetə (parlament) keçirilmiş seçkilərdə qalib gəlir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu "Kan" dövlət radiostansiyası tərəfindən keçirilmiş "Exit-poll"un nəticələri göstərir.

Məlumata əsasən, baş nazirin partiyas qalib gəldiyi ətqdirdə Knessetdəki 120 yerdən 31-ni əldə edə bilər.

Qeyd edilir ki, parlamentdə yerlərin sayına görə ikinci yeri 18 mandatla müxalifətçi lider Yair Lapidin "Eş Atid" partiyası tuta bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti