...

Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq

Dünya xəbərləri Materials 22 Aprel 2021 23:40 (UTC +04:00)
Kanada gələn həftə 300 min doza "Johnson & Johnson" peyvəndi alacaq

Bakı. Trend:

Kanada gələn həftə 300 000 doza "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin gətirilməsini gözləyir.

Trend-in məlumatına görə, bu barədə ölkədə koronavirusa qarşı peyvəndlərin çeşidlənməsi və paylanmasında cavabdeh olan general Deni Fortin deyib.

General əlavə edib ki, Kanadanın bölgələrinə dərmanın çatdırılması may ayının ilk həftəsində başlayacaq.

Qeyd edək ki, Kanada Səhiyyə Nazirliyi martın 5-də ölkə ərazisində "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsinə razılıq verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti