...

Yaponiyada torpaq sürüşməsi baş verib, 20 nəfər itkin düşüb

Dünya xəbərləri Materials 3 İyul 2021 08:47 (UTC +04:00)
Yaponiyada torpaq sürüşməsi baş verib, 20 nəfər itkin düşüb

Bakı. Trend:

Yaponiyanın Atami şəhərində (Şıdzuoka prefekturası) torpaq şürüşməsi baş verib, təxminən 20 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə NHK teveziya kanalı xəbər verib.

Məlumata əsasən, xilasedicilər sürüşmə baş verən əraziyə göndərilib.Yerli hakimiyyət orqanları Özünümüdafiə Qüvvələrindən də yardım istəyib.

Yaponiyanın mərkəzi və şərq bölgələrində bir neçə gündür güclü yağışlar yağır. Ayrı-ayrı bölgələrdə son iki sutka əzrində 400 ilə 600 mm arasında yağıntı düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti