...

Britaniyada koronavirusa yoluxanların sayı 5 milyonu ötdü

Dünya xəbərləri Materials 8 İyul 2021 21:27 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 32 551 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 5 022 893 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan daha 35 nəfər, hazırkı dövrədək isə 128 336 nəfər vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti