...

Əfqanıstan ordusu bir sutka ərzində 175 "Taliban" üzvünü zərərsizləşdirilib

Dünya xəbərləri Materials 25 İyul 2021 11:29 (UTC +04:00)
Əfqanıstan ordusu bir sutka ərzində 175 "Taliban" üzvünü zərərsizləşdirilib

Bakı. Trend:

Əfqanıstanın təhlükəsizlik qüvvələri və ordusu ötən sutka ərzində "Taliban" radikal hərəkatına qarşı xüsusi əməliyyatlar keçiriblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, xüsusi əməliyyatlar ölkənin Nəngərhar, Pəktika, Lövgər, Qəzni, Qəndəhar, Herat, Bəlx, Cövzcan, Səməngan, Səri-Pul, Hilmənd, Bədəxşan, Kündüz və Bəğlan əyalətlərində keçirilib.

Bildirilir ki, xüsusi əməliyyatlar zamanı 175 "Taliban" üzvü məhv edilib, 84 silahlı isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti