...

ABŞ-ın İraqdakı hərbi missiyası ilin sonuna qədər dayandırılacaq

Dünya xəbərləri Materials 27 İyul 2021 02:26 (UTC +04:00)

Bakı. Trend:

ABŞ İraq ərazisindəki döyüş missiyasının 2021-ci ilin sonuna qədər tamamlanacağını deyib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden İraq Baş naziri Mustafa əl-Qadimi ilə görüşü zamanı deyib.

C.Bayden qeyd edib: "İlin sonuna qədər artıq İraqda döyüş missiyasını yerinə yetirməyəcəyik".

Onun sözlərinə görə, ABŞ-ın İraqdakı rolu İŞİD-lə mübarizədə hazırlıqlara, kömək etməyə davam etməkdən ibarət olacaq".

Tərəflər Ağ Evdəki danışıqlar zamanı müvafiq qərara gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti