Bakı. Trend:
Birləşmiş Krallıq Dəniz Ticarət Təşkilatı Ərəb dənizində Oman sahillərində gəmiyə hücum edildiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə təşkilatın saytına xəbər verilib.
Məlumata əsasən, hücum ötən gün axşam törədilib. Gəminin növü və digər təfərrüatlar haqqında hələ məlumat verilməyib.
Hadisənin araşdırılmasına başlanılıb.