...

İran universitetlərində təhsil həm ənənəvi, həm də distant olacaq

Dünya xəbərləri Materials 6 Sentyabr 2021 15:42 (UTC +04:00)
İran universitetlərində təhsil həm ənənəvi, həm də distant olacaq

Bakı. Elnur Bağışov - Trend:

İran universitetlərində tələbələrin sayı çox olan bəzi fakültələrdə bir qrup ənənəvi, bir qrup isə distant formada təhsil alacaq.

Trend-in məlumatına görə, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Bəhram Eynullahi deyib.

B.Eynullahinin sözlərinə görə, bununla bağlı yekun qərarı universitetlər verəcəklər: “İran universitetləri oktyabrın 7-dən fəaliyyətə başlayacaq və bütün müəllimlər universitetlərdə olmalıdır”.

O, əlavə edib ki, magistr və yuxarı dərəcələrdə təhsil alan tələbələr ənənəvi qaydada təhsili davam etdirəcəklər. Ənənəvi qaydada təhsildə vaksinasiya sertifikatı tələb olunacaq.

Nazir bildirib ki, İranda vaksinasiya prosesinin gündəlik 1,5-2 milyon dozaya çatdırılması üçün səy göstərilir ki, ölüm hallarının qarşısı alınsın. İranda bu gündən (6 sentyabr) tələbələrin vaksinasiyasına başlanılıb.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin bildirdiyinə əsasən, ölkədə indiyədək 5,15 milyon nəfər koronavirusa yoluxub, 111 min nəfər bu virus nəticəsində ölüb, 4,39 milyon nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti