Bakı. Orxan Nəbiyev - Trend:
Qırğızıstan prezidenti Sadır Japarov baş nazir Ulukbek Maripovun başçılıq etdiyi hökuməti istefaya göndərib.
Trend-in məlumatına görə, bu barədə prezident müvafiq fərman imzalayıb.
Eyni zamanda, digər fərmanla Akılbek Japarov baş nazir vəzifələrini icra edən və eyni zamanda Prezident Administrasiyasının rəhbəri təyin olunub. O, əvvəlki hökumətdə iqtisadiyyat naziri vəzifəsində işləyirdi.
Prezident Administrasiyasının sabiq rəhbəri Suyunbek Kasmambetov isə Qırğızıstanın dövlət katibi təyin olunub.