...

Yaponiyada bıçaqlı şəxs sakinlərə hücum edib, yaralılar var

Dünya xəbərləri Materials 15 Oktyabr 2021 11:53 (UTC +04:00)
Yaponiyada bıçaqlı şəxs sakinlərə hücum edib, yaralılar var

Bakı. Orxan Nəbiyev - Trend:

Yaponiyanın paytaxtı Tokioda bıçaqla silahlanmış şəxs dəmiryol stansiyasında sakinlərə hücum edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Polis əməkdaşları hücum edən şəxsi saxlayıb. Hazırda hadisənin motivləri ilə bağlı araşdırma aparılır.

45 yaşlı şəxsin qəflətən bankomatın yanından duran şəxslərə hücum etdiyi deyilir.

Qeyd edək ki, bu ilin avqustunda Tokioda bıçaqlı şəxs qatarda sərnişinlərə hücum etmiş, nəticədə 10 nəfər yaralanmışdı. Həmin şəxs daha sonra polisə təslim olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti