Bakı. Orxan Nəbiyev - Trend:
ABŞ-ın sabiq dövlət katibi Kolin Pauell vəfat edib.
Trend-in məlumatına görə, 84 yaşlı sabiq katib koronavirusa yoluxduqdan sonra həyatını itirib.
Qeyd edək ki, K.Pauell 2001-2005-ci illərdə ABŞ-ın dövlət katibi olub. ABŞ-ın Əfqanıstana və İraqa müdaxiləsi məhz onun vəzifədə olduğu müddətdə baş verib.