...

Yerevanda onlarla insan qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 6 Noyabr 2021 01:05 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanın paytaxtı Yerevanda 60-a yaxın insan qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirlib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatında deyilir: "Tashir Pizza" iaşə məntəqələrində zəhərlənərək xəstəxanaya yerləşdirilənlərin sayı 57 nəfərə çatıb".

Bildirilir ki, onlar şəhərin müxtəlif xəstəxanalarına yerləşdiriliblər, ölkənin səhiyyə naziri zəhərlənənlərin müalicə prosesi ilə yerlərdə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti