...

Səudiyyə Ərəbistanında dünyada ilk "uçan muzey" açılıb

Dünya xəbərləri Materials 7 Noyabr 2021 07:58 (UTC +04:00)
Səudiyyə Ərəbistanında dünyada ilk "uçan muzey" açılıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanında qeyri-adi "uçan muzey" - arxeoloji tapıntıların nümayiş olunduğu təyyarə uçuşları təşkil olunur.

Trend xəbər verir ki, muzeyin unikallığı ondan ibarətdir ki, belə bir şey dünyanın heç bir yerində yoxdur. Ziyarətçilər Mədinə yaxınlığındakı qədim yaşayış məskəni Əl-Uluya uçarkən göyərtədə sərgiyə baxa bilərlər.

Bundan əlavə, uçuş zamanı ziyarətçilər Səudiyyə Ərəbistanının qədim abidələri və göyərtədə olan artefaktların tarixi haqqında sənədli filmə baxa biləcəklər.

Əl-Ula Məsələləri üzrə Kral Komissiyasının Baş Marketinq Direktoru Filip Cons bildirib ki, təyyarədə olan muzey bölgədəki arxeoloji işlərə diqqəti cəlb edə və müxtəlif ölkələrdən turistləri cəlb edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti