...

Tim Kuk "Android"i təhlükəli avtomobil ilə müqayisə etdi

Dünya xəbərləri Materials 11 Noyabr 2021 08:11 (UTC +04:00)
Tim Kuk "Android"i təhlükəli avtomobil ilə müqayisə etdi

Bakı. Trend:

Təhlükəsizliyə əhəmiyyət verməyənlər "Android" smartfonlarına keçə bilərlər.

Trend-in "MacRumors"a istinadən verdiyi məlumata görə, bunu "Apple" şirkətinin rəhbəri Tim Kuk "DealBook" konfransı zamanı deyib.

T.Kuk "iPhone" istifadəçilərinin təsdiqlənməmiş proqram və xidmətləri yükləyə bilməmələri barədə suala cavabında bildirib: "Tətbiqlərin təhlükəli yüklənməsinin tərəfdarısınızsa, "Android" smartfonu ala bilərsiniz"

Çıxışı zamanı "Apple" şirkətini rəhbəri "Android" bazasında olan smartfonları təhlükəli avtomobillərlə müqayisə edib: "Hesab edin ki, mən avtomobil istehsalçısı kimi alıcıya deyirəm ki, maşına təhlükəsizlik yastıqları və təhlükəsizlik kəmərləri qoymayın".

Onun sözlərinə görə, "Android" platformasında kənar proqramların yüklənilməsi imkanı istifadəçilər üçün çox təhlükəlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti