...

Yaponiyada ilk dəfə maşinistsiz sürət qatarı sınaqdan keçirilib

Dünya xəbərləri Materials 17 Noyabr 2021 08:55 (UTC +04:00)
Yaponiyada ilk dəfə maşinistsiz sürət qatarı sınaqdan keçirilib

Bakı. Trend:

Yaponiyanın JR East dəmir yolu şirkətinin əməkdaşları Yaponiyada ilk dəfə olaraq özünüidarəetmə sistemli sürət qatarını sınaqdan keçiriblər.

Trend xəbər verir ki, sınaqlar gecə saatlarında Niiqata prefekturasında aparılıb. Maşinist qatarın baş vaqonunda olub və baş verənlərə nəzarət edib, lakin cihazlar panelinə toxunmayıb. Sınaq zamanı qatar 100 km/s qədər sürətlənib, hər hansı bir gözlənilməz vəziyyət yaranmayıb.

Pilotsuz qatarların inkişafı əhalinin sürətlə qocalması səbəbindən Yaponiyanın gələcəkdə yerli işçilərin, o cümlədən maşinistlərin çatışmazlığı ilə üzləşə biləcəyi ehtimalı ilə əlaqələndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti