...

G7 ölkələrinin səhiyyə nazirləri fövqəladə iclasa toplaşacaqlar

Dünya xəbərləri Materials 29 Noyabr 2021 03:14 (UTC +04:00)
G7 ölkələrinin səhiyyə nazirləri fövqəladə iclasa toplaşacaqlar

Bakı. Trend:

"Böyük yeddilik" (G7) ölkələrinin səhiyyə nazirləri koronavirusun yeni "omikron" ştammının yayılması fonunda bu gün fövqəladə iclas keçirəcəklər.

Trend-in "Sky News"a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid deyib.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti