...

"Amazon" bir milyard avrodan çox cərimə olunub

Dünya xəbərləri Materials 9 Dekabr 2021 13:22 (UTC +04:00)
"Amazon" bir milyard avrodan çox cərimə olunub

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın antiinhisar qurumu elektron ticarət nəhəngi olan "Amazon" şirkətini 1,128 milyard avro məbləğində cərimələyib.

Trend-in məlumatına görə, şirkət yerli elektron ticarət bazarında üstün mövqə əldə etməklə rəqib müəssisələrin fəaliyyətinə ziyan vurub.

Qeyd olunur ki, "Amazon" xüsusən özünün müxtəlif platformaları vasitəsilə öz logistika xidmətlərini təşviq edir.

"Amazon" bundan əvvəl də İtaliyada cərimələrə məruz qalıb. Sonuncu dəfə noyabr ayında şirkət rəqabət normalarını pozması ilə əlaqədar 68 milyon avrodan çox məbləğdə cərimələnmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti