...

"Google", "Facebook", "WhatsApp" Rusiyaya 22 milyon rubl cərimə ödəyib

Dünya xəbərləri Materials 12 Yanvar 2022 19:07 (UTC +04:00)
"Google", "Facebook", "WhatsApp" Rusiyaya 22 milyon rubl cərimə ödəyib

Bakı. Orxan Nəbiyev - Trend:

"Google", "Facebook", "WhatsApp" şirkətləri Rusiyada istifadəçilərin fərdi məlumatları ilə əlaqədar qanunvericiliyin pozulmasına görə təyin olunan cərimələrin 22 milyon rublunu (300 min dollara yaxın) ödəyib.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları, Kütləvi Kommunikasiyalar sahəsində Federal Nəzarət Xidməti bildirib.

Qeyd olunub ki, 2021-ci ildə Moskva şəhər Taqan rayon məhkəməsi "WhatsApp"ı 4 milyon, "Google"ı 3 milyon, "Facebook"u isə 15 milyon rubl məbləğində cərimələmişdi.

Eyni qanun pozuntusuna görə 17 milyon rubl cərimələnmiş "Twitter" isə cəriməni ödəməyib.

Xatırladaq ki, ötən ilin sonunda Rusiya məhkəməsi "Google" şirkətini 16 ayrı protokol üzrə 98 milyon dollara yaxın cərimələmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti