...

KTMT sülhməramlıları yanvarın 19-dək Qazaxıstandan çıxarılacaq

Dünya xəbərləri 15 Yanvar 2022 20:37 (UTC +04:00)

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları yanvarın 19-dək Qazaxıstandan çıxarılacaq.

Trend-in məlumatına görə, bunu "Belarus-2" telekanalının efirində KTMT-nin baş katibi Stanislav Zas deyib.

"Demək olar ki, bir həftə ərzində bütün bölmələr, bütün şəxsi heyət daimi dislokasiya məntəqələrinə qaytarılacaq. Və əgər hava şəraiti əlverişli olarsa, o zaman Rusiya Müdafiə Nazirliyinin planına əsasən, yanvarın 19-dək hər kəsin daimi dislokasiya məntəqələrinə qaytarılması planlaşdırılır", - deyə S.Zas bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti