...

Avropada qazın qiyməti il ərzində altı dəfə artıb

Dünya xəbərləri 21 Yanvar 2022 11:10
Avropada qazın qiyməti il ərzində altı dəfə artıb

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

2021-ci ilin üçüncü rübündə Avropa İttifaqının (Aİ) təbii qaz bazarında qiymətlər 2020-ci ilin eyni dövrü ilə müqayisədə altı dəfə artıb.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının ötən gün dərc olunmuş hesabatında deyilir.

Qeyd olunur ki, hesabat dövründə qiymətlər 2021-ci ilin ikinci rübü ilə müqayisədə isə 85-95 faiz artıb.

Avropa Komissiyası hesab edir ki, yaxın gələcəkdə qiymətlərin ciddi şəkildə azalması gözlənilmir.

"Aİ dövlətlərinin paytaxtlarında özəl istehlakçılar üçün qaz qiymətləri noyabr ayında əvvəlki illə müqayisədə artıb. Dörd şəhərdə demək olar ki, ikiqat artım qeydə alınıb", - hesabatda bildirilir.

2021-ci ilin üçüncü rübündə Aİ regionuna təbii qazın 40 faizi Rusiyadan "Şimal axını" qaz kəməri ilə, 27 faizi Ukraynadan, 25 faizi isə Belarusdan tranzitlə daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti