...

Qazaxıstan, Özbəkistan və Qırğızıstanda eyni anda işıqlar sönüb

Dünya xəbərləri 25 Yanvar 2022 11:00 (UTC +04:00)
Qazaxıstan, Özbəkistan və Qırğızıstanda eyni anda işıqlar sönüb

Bakı. Orxan Nəbiyev - Trend:

Qazaxıstanın Almatı şəhərində və Almatı vilayətində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Trend-in məlumatına görə, ölkənin bəzi cənub regionları da işıqsız qalıb.

Eyni zamanda, Qırğızıstanın paytaxtı Bişkekdə, eləcə də Özbəkistan ərazisində elektrik verilişində problemlər yaranıb.

Hadisənin səbəbləri ilə bağlı hər hansı bir məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti